Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Azerbaijani Dance Cambridge UK” dərnəyinin yekun tədbiri Həmrəylik Gününə həsr olunub

“Azerbaijani Dance Cambridge UK” dərnəyinin yekun tədbiri Həmrəylik Gününə həsr olunub
REKLAM ALANI
23.12.2023
A+
A-

 

 

“Azerbaijani Dance Cambridge UK” dərnəyinin yekun tədbiri Həmrəylik Gününə həsr olunub

, 2023

 

 

 

 

“Azerbaijani Dance Cambridge UK” dərnəyinin yekun tədbiri Həmrəylik Gününə həsr olunub

Birləşmiş Krallığın Kembric şəhərində “Azərbaycan Rəqsləri – Kembric BK” (“Azerbaijani Dance Cambridge UK”) dərnəyinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yekun tədbiri keçirilib.

 

 

 

 

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və “Azerbaijani Dance – Cambridge UK” dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Kembric, London, Bristol və digər şəhərlərdə yaşayan soydaşlarımız, müxtəlif icmaların üzvləri iştirak ediblər. Layihə Kembric şəhərində Azərbaycan mədəniyyətinin təbliği və milli rəqs günlərinin keçirilməsi məqsədilə həyata keçirilib.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış ictimai-siyasi xadimi, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin Kembricdə yaşayan nəticəsi Ülviyyə Pepinova rəhbəri olduğu layihəni dəstəklədiyinə görə ADDF-ə minnətdarlığını bildirib. Qeyd edib ki, mədəni mübadilənin təşviqinə yönəlmiş proqram Azərbaycan icmasının üzvlərini və dünyanın hər yerindən dostlarımızı harmonik şəkildə bir araya gətirib. Tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və xoş arzularını söyləyib.

 

 

 

 

Sonra xoreoqraf Səkinə Muxtarlının rəhbərliyi ilə “Qarabağ Yallısı”, “Tərəkəmə” rəqsləri nümayiş etdirilib. Bristolda yaşayan azərbaycanlı musiqiçi Tamilla Haşımovanın skripkada ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı, milli geyimli Tom Amiral-Mudinin ifasında dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı təqdim olunub. Dərnək üzvlərinin “Nazəndə sevgilim”, “Saçlarına gül düzüm”, “Yollar”, “Payız gəldi” mahnılarını səsləndirməsi alqışlarla qarşılanıb. Bütün soydaşlarımızın sevincini və həmrəyliyini nümayiş etdirən “Cənnətim Qarabağ” mahnısı ilə ecazkar gecəyə yekun vurulub.

 

 

 

 

Tədbir çərçivəsində Şaxta baba rolunda çıxış edən bolqar icmasının könüllüsü tədbirdə iştirak edən uşaqlara hədiyyələr paylayıb. Bu zaman Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı səsləndirilib.

 

 

 

 

Tədbirin sonunda layihə rəhbəri bütün iştirakçılara, xüsusilə də Balkan rəqs icmasının üzvlərinə, o cümlədən onların əsas təşkilatçısı Cenni O’Konnora minnətdarlığını bildirib. Azərbaycan icması adından Cenni O’Konnora kəlağayı hədiyyə edlib. 2023-cü ilin iyun ayından start verilən layihənin yeni ildən “Azerbaijan Dance UK” adı altında davam etdiriləcəyi diqqətə çatdırılıb.

“Vağzalı” rəqsinin sədaları ilə yekunlaşan tədbir qonaqların alqışları ilə qarşılanıb. Layihə çərçivəsində yaradılmış Azərbaycan guşəsində ölkəmizi və mədəniyyətimizi əks etdirən kitablar, broşürlər, suvenirlər və mətbəx nümunələri təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaijani-dance-cambridge-uk-derneyinin-yekun-tedbiri-hemreylik-gunune-hesr-olunub-3989

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish