2 SAYLI SOSİAL XİDMƏT MÜƏSSİSƏSİNİN SAKİNLƏRİ ÜÇÜN, NOVRUZ ŞƏNLİYİ” KEÇİRİLMİŞDİR
23 mart 2024-cü il tarixində Azərbaycan Respublikası ƏƏSM Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Şamaxı şəhərində yerləşən 2 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün ,,Novruz şənliyi” keçirilmişdir. Xüsusi qayğıya ehtiyacı olan mərkəzin rəhbəri Tamerlan Şərifzadə tədbiri açıq elan etdikdən sonra, sakinlər üçün əyləncəli Novruz şənliyi keçirildi.
Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşova, “Nur Organization” rəhbəri Kamran Nur, “Əkinçi” TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏr, “Aran Media Group” direktoru Şeyda Əzizova, “Mübarizlər” İB-nin sədr müavini Gülnar Nəsibli, “Mübarizlər idman klubu” MMC-nin direktoru Elxan Əhmədov, “Zəfər Yolu” MİŞAHD İB-nin sədri Pərvanə Abdullayevanın birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilmiş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə “Aran Media Group” rəhbəri Şeyda Əzizovaya söz verilmiş, o da öz növbəsində mərkəz sakinlərini bayram münasibəti ilə təbrik etmişdir. Bayram proqramında Mingəçevir Dövlət Dram Teatrının ali dərəcəli aktyoru İbrahim Türksoy Salamov, aktyorlar Elvin Əkbər və Asim Məmmədov əyləncəli, kosa-keçəl xalq oyununu canlandırdılar.
Şənlikdə populyar müğənni Zaur Quluzadə, bəstəkar “Qarabağ bülbülü” Aybəniz Bəhrəmqızı, Dağıstanlı müğənni Nadia Mikayıl və Pyer Fodju, Nağıl Band musiqi qrupu, Sevinc Süleymanzadə, Gülnaz Nəbili, qazi Bahadur Muradov, Hurinisə Əliyeva, Kamal Dadaşov və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə çıxış etdilər.
Bundan başqa proqramda musiqili qonaqlarla yanaşı proqramın bədii hissəsində Kamran Nur-un ssenarisi əsasında “Çərşənbələrin mübahisəsi” adlı səhnəcik, eləcə də “Sağ Salamat” rəqsi mərkəzin sakinlərinin marağına səbəb oldu.
Layihənin təşkilatçıları mərkəzin sakinləri üçün müxtəlif şirniyyatlardan ibarət bayram sovqatı da hazırlamışdılar.
“Aran Media Group” un rəhbəri Şeyda Əzizova tədbir iştiraçkılarına təşəkkürnamələr təqdim etdi. Tədbirin sonunda mərkəzin həyətində simvolik bayram tonqalı qalanaraq, xatirə şəkilləri çəkildi
Aran Media Group
Şeyda Əzizova
Son Güncelleme: 25 Mart 2024 | Etiketler: "Aran Media Group" direktoru Şeyda Əzizova, "Mübarizlər idman klubu, "Mübarizlər" İB-nin sədr müavini Gülnar Nəsibli, 2 SAYLI, 2 SAYLI SOSİAL XİDMƏT MÜƏSSİSƏSİ, 2 SAYLI SOSİAL XİDMƏT MÜƏSSİSƏSİNİN SAKİNLƏRİ ÜÇÜN, 2 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün, agentliyinin, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Respublikası, Emin Hacısoy TürkƏr, ƏƏSM Sosial, Əzizova, ilə, KEÇİRİLMİŞDİR, MÜƏSSİSƏSİ, Novruz şənliyi, NOVRUZ ŞƏNLİYİ", NOVRUZ ŞƏNLİYİ" KEÇİRİLMİŞDİR, Şamaxı, Şamaxı şəhərində yerləşən, Şeyda, Şeyda Əzizova, sosial, tərəfdaşlığı, xidmət, Xidmətlər
KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
По партпроекту «Единая страна — доступная среда» на Белорусском вокзале в Москве открылся новый зал ожидания Центра содействия мобильности РЖД
Birleşik Rusya, Krasnodar’daki okul çocukları ile Kuzey Kafkasya Askeri Bölgesi Kahramanı arasında bir buluşma düzenledi
TÜMKUV GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on the July 15 Democracy and National Unity Day
NESLİHAN YÜRÜKSOY’ DAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI