Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Astana ictimaiyyəti Heydər Əliyevin 100 illiyini qeyd edib

Astana ictimaiyyəti Heydər Əliyevin 100 illiyini qeyd edib
REKLAM ALANI
15.05.2023
A+
A-

 

 

 

Astana ictimaiyyəti Heydər Əliyevin 100 illiyini qeyd edib
, 2023
Astana ictimaiyyəti Heydər Əliyevin 100 illiyini qeyd edib

Qazaxıstanın paytaxtı Astanada müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Xəzər” Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qazaxıstanın Xarici İşlər Nazirliyinin, diplomatik korpusun, Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan birliyin sədri Mahir Rzayev xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyinin təmin olunmasında və dinamik inkişafının əsasının qoyulmasında əvəzsiz və misilsiz xidmətlərindən danışıb. Azərbaycanın böyük oğlunun əziz xatirəsinin Qazaxıstanda da böyük ehtiramla yad edildiyini vurğulayıb.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbirdə Qazaxıstanın xarici işlər naziri Kanar Tumış, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, Diasporla İş ürə Dövlət Komitəsinin sektor müdiri Sabit Məmmədov çıxış edərək, xalqımızın ümummilli liderinin Azərbaycanın Qazaxıstan və Rusiya ilə ikitərəfli münasibətlərinin

 

 

 

 

möhkəmləndirilməsində, diaspor quruculuğunda müstəsna rolundan, elm, təhsil, mədəniyyət və incəsənətə həssas münasibətindən söz açıblar. Onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbir diaspor fəallarına təşəkkürnamələrin təqdim olunması və konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/astana-ictimaiyyeti-heyder-eliyevin-100-illiyini-qeyd-edib-2947

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish