Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İsrail Prezidenti Dağ Yəhudiləri icmasının nümayəndələri ilə görüşüb

İsrail Prezidenti Dağ Yəhudiləri icmasının nümayəndələri ilə görüşüb
REKLAM ALANI
02.03.2023
A+
A-

 

 

 

İsrail Prezidenti Dağ Yəhudiləri icmasının nümayəndələri ilə görüşüb
, 2023
İsrail Prezidenti Dağ Yəhudiləri icmasının nümayəndələri ilə görüşüb
İsrail Prezidenti İsxaq Hersoq Yerusəlim şəhərindəki Prezident iqamətgahında Dağ Yəhudiləri icmasının üzvlərini qəbul edib.

Görüşdə dövlət və ictimai xadimləri, o cümlədən Qafqaz əsilli Dağ Yəhudiləri Ümumİsrail Birliyinin sədri, Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru Pavel Yelizarov, Akko şəhərindəki Dağ Yəhudiləri İcmasının sədri, Ümumİsrail Dağ Yəhudiləri Koordinasiya Şurasi sədrinin birinci müavini və “İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatının rəhbəri Nexamiya Şirin Mixaeli, Koordinasiya Şurasının icraçı direktoru, Nof Ha Galil şəhərinin dağ yəhudiləri cəmiyyətinin sədri Amir Xanox, Koordinasiya Şurasının üzvü, Migdal Ha Emek şəhərinin dağ yəhudiləri cəmiyyətinin sədri Dalya Şamilova, Koordinasiya Şurasının üzvü, Or Akiva şəhərinin dağ yəhudiləri cəmiyyətinin sədri Avrum Matatov, Koordinasiya Şurasının üzvü Galina Danilova, “Küşüv” ictimai gənclər cəmiyyətinin sədri Arnold Şamailov, İsrail ordusunun zabitləri Rafael Aqarunov və Elişa Xanukayev iştirak ediblər.

 

Görüş zamanı Pavel İlizarov rəhbərlik etdiyi birliyin fəaliyyətindən bəhs edərək, təşkilatın Azərbaycan-İsrail əlaqələrinin daha da genişləndirilməsi istiqamətindəki planlarına diqqəti cəlb edib.

Nexamiya Şirin Mixael “İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatının fəaliyyəti, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan yəhudilərinin iştirakı, yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov və müharibədə itkin düşmüş Veqar Mikailov, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar İsraildə keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İki ölkənin ictimai-mədəni əlaqələrinin böyük potensialı olduğunu vurğulayıb.

Hər iki natiq təşkilatlarının Azərbaycanla bağlı planlarında İsrail Prezidentinin şəxsən iştirakını xahiş edib.

İsrail Prezidenti səmimi atmosferdə keçirilən görüşdən məmnunluğunu bildirib, dağ yəhudilərinin tarixinə yaxşı bələd olduğunu vurğulayıb. İsraildə Azərbaycan Evinin fəaliyyət göstərməsini və Qafqaz əsilli Dağ Yəhudiləri Ümumİsrail Birliyinin “Xocalıya Ədalət” kampaniyasında fəal iştirakını yüksək qiymətləndirib, toxunulan məsələlərə görə təşəkkür edib.

İsrail Prezidenti yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və bu səfərdə Ümumİsrail Dağ Yəhudiləri Birliyinin Koordinasiya Şurasının xüsusi rol oynaya biləcəyini qeyd edib. “Azərbaycan xalqının və hökümətinin yəhudilərə dostdan artıq, qardaş münasibət bəslədiyini bütün qəlbimlə hiss edirəm”, – deyə Prezident bildirib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israil-prezidenti-olkesindeki-dag-yehudileri-icmasinin-numayendeleri-ile-gorusub-2506

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish