Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubileyi qeyd edilib

Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubileyi qeyd edilib
REKLAM ALANI
03.04.2023
A+
A-

 

 

 

 

Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubileyi qeyd edilib
, 2023
Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubileyi qeyd edilib
Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert kecirilib.

Tədbirdə Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri və müxtəlif icmaların mədəniyyət qurumlarının rəhbərləri iştirak ediblər.

 

 

 

 

Tədbirdə çıxış edən qonaqlar “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının bədii rəhbəri Xeyransa Mirzəyevanı və yaradıcı kollektivi yubiley münasibətilə təbrik ediblər. Ansamblın Sankt-Peterburqun mədəni müxtəlifliyinə böyük töhfələr verdiyini vurğulayan natiqlər “Çinar” ailəsinə davamlı uğurlar arzulayıblar.

Sonra “Çinar” ansamblının ifasında rəngarəng konsert proqramı təqdim olunub.

Yubiley konserti yerli kütləvi informasiya vasitələri və “Mir” telekanalı tərəfindən geniş işıqlandırılıb.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və adət-ənələrini əks etdirən sərgi təşkil edilib. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, Novruz şirniyyatlarının bəzədilməsi qaydaları nümayiş etdirilib.

Qeyd edək ki, “Çinar” Mədəniyyət Mərkəzinin nəzdindəki eyniadlı vokal-xoreoqrafik rəqs ansamblı Sankt-Peterburq Dövlət Universitetinin baş muəllimi Xeyransa Mirzəyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1998-ci ildən fəaliyyətə başlayan ansambl təkcə Sankt-Peterbuqda deyil, Rusiyada və Rusiya hüdudlarından kənarda Azərbaycan musiqisinin və incəsənətinin fəal təbliğatçısı kimi tanınır.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/sankt-peterburqda-cinar-reqs-ansamblinin-25-illik-yubileyi-qeyd-edilib-2707

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish