Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Amerikalı jurnalistlər Qubaya səfər ediblər

Amerikalı jurnalistlər Qubaya səfər ediblər
REKLAM ALANI
08.08.2023
A+
A-

 

 

 

Amerikalı jurnalistlər Qubaya səfər ediblər

 

 

 

, 2023

 

Amerikalı jurnalistlər Qubaya səfər ediblər

 

 

 

Azərbaycanda səfərdə olan bir qrup amerikalı jurnalist və media eksperti Qubanı ziyarət edib.

 

 

 

 

Qonaqlar səfər proqramına uyğun olaraq öncə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbədəki Altı Günbəz Sinaqoqu və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.

 

 

 

 

Qonaqların diqqətinə çatdırılıb ki, Qubada çoxlu sayda müxtəlif millətlərin icmaları yaşayır, Qırmızı Qəsəbə isə dünyada İsraildən sonra yəhudilərin ən yığcam məskunlaşdıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilərin uzun illərdir öz adət-ənənələrini qoruyub saxladıqları, azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadıqları bildirilib. Nəzərə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Birinci və İkinci Qarabağ müharibələrində dağ yəhudiləri fəal iştirak ediblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qəhrəmanlığı bariz nümunə olaraq göstərilib. Azərbaycan dövlətinin Albert Aqarunovun xatirəsini əbədiləşdirdiyi, onun abidəsinin ucaldıldığı, adının küçələrə və məktəblərə verildiyi vurğulanıb.

 

 

 

 

Sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən amerikalı qonaqlara ermənilərin xalqımıza qarşı 1918-ci ilin mart-aprel aylarında törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il 1 aprel tarixində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

 

 

 

 

Kompleksdə gördükləri amerikalı qonaqları çox təsirləndirib. Onlar xalqımızın başına gətirilən bu dəhşətli faciədən çox məyus olduqlarını vurğulayıb və belə müsibətin bir daha baş verməməsini arzulayıblar.

 

 

 

 

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxil olub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/amerikali-jurnalistler-qubaya-sefer-edibler-3312

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish