Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Ölkəmizdə Böyük Qayıdış Proqramı uğurla icra edilir
”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü əsl bayram əhvalı yaşandı. Uzun illərin ayrılığından sonra Cəbrayıl şəhəri öz sakinlərini qəbul etdi.
Cəbrayılın işğaldan azad edilməsinin 4-cü il dönümündə artıq şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verildi.
Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur.
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.
Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.
Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışında qeyd etdiyi kimi, Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amma unudurlar ki, biz ədaləti, hüququ öz gücümüzlə bərpa etmişik. Bizimlə diqtə ilə danışmaq olmaz. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik.
Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın…
Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi.
O günlər tarixə qovuşdu. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.
30 il işğal dövrü ərazilərimizdə heç bir quruculuq işi aparılmamış, əksinə dağıdılıb xarabaya çevirmişdilər. Hazırda görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb.
Ülker PİRİYEVA/AZERBAYCAN
Komi Cumhuriyeti Başkan Vekili Rostislav Goldstein, Birleşik Rusya’nın bölgesel şubesinin sekreterliğine seçildi
Председатель заксобрания Санкт-Петербурга Александр Бельский избран секретарём реготделения «Единой России»
Birleşik Rusya Çeçenya’da masa oyunu yarışmaları düzenledi
Lipetsk bölgesinde Birleşik Rusya’nın desteğiyle SVO katılımcısının anısına bir Kahraman Masası açıldı
TÜSİKON BAŞKANI ORHAN BEŞİKTEPE ‘DEN DÜNYA ENGELLİLER GÜNÜ MESAJI
Dronlar, arabalar, kamuflaj ağları: Birleşik Rusya bir “kurdele” için toplu yardım dağıttı