Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Komitə sədri Livanda keçirilən müsabiqənin türkmən qalibləri ilə görüşüb

Komitə sədri Livanda keçirilən müsabiqənin türkmən qalibləri ilə görüşüb
REKLAM ALANI
21.09.2023
A+
A-

 

 

 

 

 

Komitə sədri Livanda keçirilən müsabiqənin türkmən qalibləri ilə görüşüb

, 2023

Komitə sədri Livanda keçirilən müsabiqənin türkmən qalibləri ilə görüşüb

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Livanın Əkkar bölgəsinin Kavaşra kənd liseyinin bir qrup müəllim-tələbə heyəti ilə görüşüb.

 

 

 

Qonaqları məmnunluqla salamlayan Komitə sədri Livanda türkmənlərin ən sıx yaşadığı Kavaşra kəndində Azərbaycana həsr olunmuş müsabiqənin keçirilməsini mühüm hadisə adlandırıb və qalibləri təbrik edib. Kavaşrada türkmənlərin durumu və diaspor fəaliyyəti ilə maraqlanan F.Muradov Azərbaycan dövlətinin türkdilli xalqlarla bağlı diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri və layihələri barədə ətraflı danışıb. Belə müsabiqələrin əhatə dairəsinin genişləndirilməsinin, Kavaşradakı türkmən icmasının, eləcə də gənclərin sistemli şəkildə diaspor fəaliyyətinə cəlb edilməsinin önəmini vurğulayıb.

 

 

 

Azərbaycana səfərin təşkilinə görə Komitəyə minnətdarlıqlarını bildirən qonaqlar Kavaşra məktəbində Azərbaycan dilinin tədrisində çox maraqlı olduqlarını bildiriblər.

Gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüş xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

Görüşdən öncə qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

 

 

 

Qeyd edək ki, Azərbaycanın Livandakı səfirliyinin təşəbbüsü ilə Kavaşra kənd liseyinin şagirdləri arasında Azərbaycan-Livan münasibətlərinə həsr olunmuş inşa müsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsabiqənin 3 qalibi 18-21 sentyabr 2023-cü il tarixində ölkəmizə dəvət olunub. Səfərdə şagirdləri məktəbin direktoru və müəllimi müşayiət edir.

 

 

 

 

 

Səfər çərçivəsində türkmən məktəblilərin ADA Universitetində, Elm və Təhsil Nazirliyində və digər qurumlarda görüşləri nəzərdə tutulub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-livanda-kecirilen-musabiqenin-turkmen-qalibleri-ile-gorusub-3469

 

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.

Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish